Paşinyanın qələbəsinin 'əmma'sı: Sülh sazişi təhlükədə?

Sizin brauzer HTML5-i dəstəkləmir

İlkin nəticələrə əsasən, Nikol Paşinyanın partiyası parlamentdə təkbaşına hökumət qura bilsə də, konstitusiya dəyişikliyi üçün ona 6 səs çatmır. Siyasi şərhçi Nəsimi Məmmədlinin fikrincə, bu vəziyyət Ermənistan parlamentində böhrana yol aça bilər: "Yaranmış problemlərin qarşısını almaq üçün müəyyən müddətdən sonra Ermənistanda yenidən növbədənkənar seçkilərin keçirilməsi zərurəti yarana bilər. Çünki Azərbaycan tərəfi konstitusiya dəyişikliyi olmadan — xüsusilə Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına son qoyulmadan — sülh sazişinin imzalanmasının qeyri-mümkün olduğunu açıq şəkildə bildirir".