Rusiya SOCAR-ı vurdu – Bakının Moskva kursu: 'Nə yaxın, nə uzaq'
Sizin brauzer HTML5-i dəstəkləmir
Rusiya ordusunun Ukraynanın Nikolayev vilayətində SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinə zərbə endirməsi Bakı ilə Moskva arasındakı münasibətləri yenidən gərginləşdirə bilərmi?
Siyasi şərhçi Əhməd Əlili bildirir ki, 2024-cü ildən — AZAL təyyarəsinin qəzaya uğramasından bəri Azərbaycanla Rusiya arasında müəyyən diplomatik məsafə formalaşıb. Onun fikrincə, rəsmi Bakı bu məsafəni nə azaltmaq, nə də gərginliyi artırmaq marağındadır: "Hazırda rəsmi Bakı və Moskva bir sıra iqtisadi layihələrdə, xüsusən də "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin genişləndirilməsində maraqlıdırlar. Amma Rusiya tərəfindən Azərbaycanla bağlı hər hansı xüsusi istək olarsa, rəsmi Bakı bu çərçivədə Moskva ilə daha da yaxınlaşmağı öz maraqlarına uyğun hesab etmir".