Kremlin yoxa çıxan təsiri: Azərbaycan Ukraynanı niyə açıq müdafiə edir?
Sizin brauzer HTML5-i dəstəkləmir
Ukrayna müharibəsi bataqlıq kimi Rusiyanı içinə çəkdikcə, Kremlin postsovet məkanındakı nüfuzu da bir o qədər zəifləyir. Dörd il əvvəl Moskvada Rusiya ilə strateji müttəfiqlik bəyannaməsi imzalayan İlham Əliyev indi ukraynalılara işğalla barışmamağı tövsiyə edir. Azərbaycan prezidentinin Kremlin maraqlarına zidd bəyanatlarının arxasında hansı amillər dayanır? Ukrayna müharibəsi MDB dövlətlərinin Rusiya ilə münasibətlərini necə dəyişdi? "Əslində" proqramı bu suallara cavab tapmağa çalışıb.