Rusiyanın 'kölgə donanması'nda Azərbaycan izi tapıldı!
Sizin brauzer HTML5-i dəstəkləmir
Azərbaycanda qeydiyyatdan keçən 31 şirkətin Rusiyanın sanksiyalı neft tankerlərinə xidmət göstərdiyi məlum olub.
Jurnalist araşdırmasına görə, Ukrayna müharibəsindən sonra – 2023-2025-ci illərdə yaradılan bu şirkətlərin qanuni təmsilçiləri əsasən Gürcüstan vətəndaşlarıdır.
İqtisadçı Zöhrab İsmayılın fikrincə, proses rəsmi Bakının icazəsi ilə baş tutub: "Azərbaycan buna şərait yaradır. Nəzəri olaraq şirkətlər hökumətin razılığı olmadan da qurula bilərdi. Amma məsələnin dərinliyinə getsək, görərik ki, rəsmi razılıq olmasa, həmin şəxslər bu işi görə bilməzlər".