Bu həftə Rusiya Birləşmiş Millətlər Təşkilatının (BMT) üç orqanına seçkilərdə məğlub olub. Bu barədə Associated Press məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Rusiya BMT-nin İqtisadi və Sosial Şurasının Qadınların Vəziyyəti Komissiyasındakı yer uğrunda mübarizədə Rumıniyaya məğlub olub.
Buna da bax:
Kiyev deyir ki, Moskva müsəlman əsirləri dəyişməkdən imtina edibMoskva bundan başqa UNICEF-in icraçı şurasına üzvlüyündə Estoniyaya, Cinayətin Qarşısının Alınması və Cinayət Mühakiməsi Komissiyasının sədrliyi məsələsində Çexiya və Ermənistana uduzub.
Rusiya Sosial İnkişaf Komissiyasına seçilməsini isə ABŞ və Böyük Britaniya etirazla qarşılayıblar və Rusiyanın Ukraynaya müdaxiləsinin beynəlxalq hüquq normalarını pozduğunu bildirərək seçkidə iştirakdan imtina ediblər.
Bundan başqa Rusiya Beynəlxalq Mühasibat Uçotu və Hesabat Standartları üzrə Ekspertlərin Hökumətlərarası İşçi Qrupuna da qoşulub
Buna da bax:
Ukraynalı pilot: ‘F-16-lar sovet qırıcılarından 4-5 dəfə yaxşıdır’Aprelin 1-dən Rusiya BMT Təhlükəsizlik Şurasının sədridir. Ukrayna Xarici İşlər Nazirliyi bunu “dünyada ən pis aprel zarafatı” adlandırıb.
Rusiyanın sədrliyi bir ay davam edəcək, bundan sonra sədrlik İsveçrəyə keçəcək.