Roman Nəsirov təcridxanadan buraxıldı

Ukraine -- Nasirov left temporary detention center, Kyiv, 17Mar2017

Ukraynada korrupsiya ittihamı ilə həbs edilmiş Dövlət Fiskal Xidməti-nin keçmiş sədri Roman Nəsirov rekord həddə girov müqabilində Kiyevdəki istintaq təcridxanasından çıxıb.

Bu barədə AzadlıqRadiosunun Ukrayna xidməti məlumat yatıb.

Kiyev məhkəməsi martın 7-də onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçmiş, alternativ kimi isə 100 milyon hrivna (3,7 milyon ABŞ dolları) girov qoymağı təklif eləmişdi.

Amma Nasirov həmin vaxt bu qədər pulu olmadığını bildirmişdi.

Buna baxmayaraq Nəsirovun həyat yoldaşı və qohumları Ukraynanın məhkəmə tarixində rekor hədd sayılan bu məbləği verərək onu azadlığa çıxarıblar.

Nəsirov hazırda ev dustağıdır. Ona qarşı irəli sürülən ittihamları rədd edir və ölkədən qaçmaq fikrində olmadığını deyir.

Roman Nəsirov hakimiyyətədn sui-istifadə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. Söhbət təxminən 75 milyon dolların məsrəf edilməsindən gedir.

İstintaq müstəqil orqan olan Milli Antikorrupsiya Bürosunun nəzarəti altında aparılır.

Bu qurum 2014-cü ildə Ukraynada hakimiyyətin dəyişməsindən sonra yaradılıb.

Buna da bax. Azərbaycanlı məmur 75 milyon dolları məsrəf etməkdə şübhəli bilinir.