Dövlətdən pul alan müxalifət: 'REAL və Müsavat Əliyevi tənqid edə bilmir' – keçmiş diplomat

Sizin brauzer HTML5-i dəstəkləmir

Müxalif partiyaların dövlət büdcəsindən maliyyə yardımı alması sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. MSK-nın hesabatında REAL və Müsavat partiyalarına ayrılan vəsaitlər ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Keçmiş diplomat Nahid Cəfərli bildirir ki, bu pullar loyallıq əsasında paylanır: "Vəsait alan partiyaların davranışlarına diqqət yetirsək, görərik ki, həm REAL, həm də Müsavat İlham Əliyevi və vitse-prezident Mehriban Əliyevanı tənqid edə bilmir. Onların tənqidləri bəsit səviyyədədir – məsələn, "YAP bu işdə uğursuz oldu", "filan məsələni bacarmadılar" və sair. Eyni zamanda, xarici siyasət məsələlərində Əliyevi tərifləməklə öz loyallıqlarını göstərirlər".