Parlament rayonların ərazi mübahisəsinə 'əl qoyur'

Azərbaycanda rayonlar üzrə seçki dairələri

Milli Məclis mübahisəli ərazilər probleminin həlli məqsədi ilə işçi qrupları yaradacaq.

“Turan”ın xəbərinə görə, bu haqda parlamentin regional məsələlər üzrə komitəsinin rəhbəri Arif Rəhimzadə məlumat verib.

Deputat deyib ki, Azərbaycanda yerli icra hakimiyyətlərinin şikayəti nəzərə alınmaqla ərazi vahidlərinin dəqiq xəritəsi hazırlanır.

Buna da bax:​ Komitə sədri Ədliyyə Nazirliyinə irad bildirdi

“Komitəyə 59 şikayət daxil olub. Nümunə kimi Abşeron rayonu ilə Sabunçu, Binəqədi, Qaradağ və Şamaxı rayonları arasında anlaşılmazlığı göstərmək olar. Beyləqanla Biləsuvar, Ağcabədi ilə Bərdə, Xaçmazla Şabran, Bakı ilə Sumqayıt və eləcə də Bakı ilə Hacıqabul arasında ərazi mübahisələri var”, - deyə o bildirib.

O, bu problemin həll yolundan da danışıb.

“Problem həll edilən zaman demoqrafik proseslər, vətəndaşların maraqları, infrastruktur və rayonların inkişafı nəzərə alınacaq”, - deyə o bildirib.