Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 14:27

Komitə sədri Ədliyyə Nazirliyinə irad bildirdi


Arif Rəhimzadə
Arif Rəhimzadə

-

«Bələdiyyələr artıq 16 ildir yaradılıb, fəaliyyət göstərir və müəyyən problemlərlə üzləşirlər. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi də artıq bələdiyyələrin fəaliyyətinə başqa nöqteyi-nəzərdən yanaşmalıdır. Mərkəz bələdiyyələrin qarşısında duran vəzifələrin həllinə çalışmalıdır».

APA-nın xəbərinə görə, bu sözləri parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib. O qeyd edib ki, nazirliyin Bələdiyyələrlə İş Mərkəzinin fəaliyyəti bələdiyyələrə inzibati nəzarətlə bitməməlidir. Bütövlükdə Ədliyyə Nazirliyi bələdiyyələrin qarşısında duran vəzifələrin yerinə yetirilməsi ilə məşğul olmalıdır.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

A.Rəhimzadə bələdiyyələrlə bağlı qanunvericilikdəki problemləri aradan qaldırmaq üçün parlamentdə işçi qrupu yaradıldığını da xəbər verib.

Azərbaycanda bələdiyyələr 1999-cu ildə yaradılıb. Yerli özünüidarə sahəsində çalışan vətəndaş cəmiyyəti qurumları, ekspertlər yaradılmasından 16 ildən çox vaxt ötsə də, bələdiyyələrin ölkənin ictimai-sosial həyatında gərəkən nüfuzu qazanmadığını qeyd edirlər.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

XS
SM
MD
LG