Nikol Paşinyan Araik Arutyunyanla görüşüb

Sizin brauzer HTML5-i dəstəkləmir

Nikol Paşinyan Araik Arutyunyanla görüşüb, nələri müzakirə ediblər?

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ separatçılarının lideri Araik Arutyunyanla görüşüb.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, onlar “Qarabağda iri infrastruktur layihələrinin həyata keçirilməsi” məsələlərini müzakirə ediblər.

Bu barədə məlumatı özünün Facebook səhifəsində baş nazirin mətbuat katibi Mane Gevorkyan yayıb.

Mətbuat katibinin “müşavirə” adlandırdığı bu görüşdə Ermənistan hökuməti nümayəndələrinin iştirak etdiyi bildirilir.

Gevorkyan yazır ki, Yerevanda keçirilən görüşdə “qarşıda duran proqramlar, onların maliyyələşdirilməsi üçün növbəti addımlar müzakirə edilib.

Buna da bax: 4 hərbçi mina partlaması nəticəsində xəsarət alıb

Azatutyun bunu da xəbər verir ki, fevralın 8 və 9-da Qarabağda meyitlərin axtarışı olmayıb.

Buna səbəb kimi Azərbaycan ordusunda növbə dəyişməsinin keçirildiyi göstərilir.

Fevralın 8-də isə Rusiya sülhməramlıları növbə dəyişməsi keçiriblər.

Fevralın 8-ə olan məlumata görə indiyədək erməni tərəfi Qarabağda 1367 meyit aşkar edib.