Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 14:55

4 hərbçi mina partlaması nəticəsində xəsarət alıb


Azərbaycanda minaların təmizlənməsinə BMT niyə qoşula bilmir?
Gözlə

No media source currently available

0:00 0:04:06 0:00

Azərbaycanda minaların təmizlənməsinə BMT niyə qoşula bilmir?

Fevralın 8-də Tərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu xəsarət alıb.

Bu barədə "Turan" agentliyinə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, ilkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə edilib: "Hazırda hərbi qulluqçular həkimlərin tam nəzarəti altındadır. Vəziyyətləri stabildir, həyatları üçün təhlükə yoxdur".

Minaya düşən 14 nəfər həlak olub

Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti ötən il noyabrın 10-dan minaya düşən ölkə vətəndaşlarının statistikasını açıqlayıb.

Bu gün, fevralın 9-da yayılan məlumatda həmçinin, ölkə vətəndaşlarına işğaldan azad olunmuş ərazilərə icazəsiz getməmələri ilə bağlı xəbərdarlıq edilir.

Açıqlamada qeyd edilir ki, belə icazəsiz səfərlərin nəticəsində bu ərazilərdə insanlar minaya düşərək həyatlarını itirir, bədən xəsarətləri alırlar: "10 noyabr 2020-ci il tarixindən hazırkı vaxtadək azad edilmiş ərazilərdə 5 hərbi qulluqçu, 9 mülki şəxs həlak olub. 52 hərbi qulluqçu, 8 mülki şəxs isə müxtəlif dərəcəli bədə xəsarətləri alıb".

Məlumata görə, minalardan təmizləmə işi başa çatmadan işğaldan azad olunmuş ərazilərə səfər edən şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşmada Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Döyüşlər zamanı Azərbaycan tərəfdən 2 min 855 hərbi qulluqçunun həlak olduğu açıqlanıb. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Recommended

XS
SM
MD
LG