Kreml Ermənistanın baş nazirilə Putin arasında telefon danışığının aparılması barədə yaydığı məlumatdan az sonra belə bir telefon danışığının Azərbaycan prezidenti İlham Əliyevlə də aparıldığı barədə məlumat yayıb.
Bu məlumatda da İlham Əliyevlə Vladimir Putin arasında aprelin 6-da da Brüsseldə Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar müzakirə olunub.
Azərbaycan və Rusiya prezidentlərinin mətbuat xidmətlərinin yaydığı məlumata qeyd olunur ki, telefon danışığı zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması üzrə işçi qrupunun yaradılması, sərhədlərin delimitasiyası üzrə komissiyanın təsis edilməsi, həmçinin nəqliyyat məsələləri üzrə Azərbaycan, Rusiya və Ermənistanın iştirak etdiyi işçi qrupunun fəaliyyəti və bu çərçivədə növbəti təmaslar barədə söhbət aparılıb.
Azərbaycan tərəfinin yaydığı məlumatda belə deyilir:
"Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla dövlətlərarası münasibətlərin qurulması üçün beş prinsipdən ibarət təqdim etdiyi sənədi və Ermənistan tərəfinin bu prinsipləri qəbul etdiyini xatırladıb"
***
Aprelin 9-da Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə AzadlıqRadiosunun erməni xidməti Ermənistan hökümətinə istinadla məlumat yayıb.
Məlumata görə, N. Paşinyan aprelin 6-da Azərbaycan prezidenti İlham Əliyevlə görüş barədə Rusiya prezidentini məlumatlandırıb. Xəbərdə deyilir ki, həmsöhbətilər Azərbaycanla sülh sazişinin imzalanması və delimitasiya üzrə işlərin başlanmasına dair sazişlərin vacibliyini vurğulayıblar. Rusiya prezidenti bu prosesləri tam dəstəkləməyə hazır olduğunu bildirib.
Məlumatda həmçinin vurğulanır ki, Paşinyan Azərbaycan bölmələrinin Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil olması məsələsinə toxunub:
"Azərbaycan bölmələrinin Rusiya sülməramlılarının məsuliyyət zonasına girməsi məsələsi qaldırılıb. Baş nazir Paşinyan Rusiya sülhməramlılarının Azərbaycan birləşmələrinin çıxarılmasını təmin etmək üçün konkret tədbirlər görəcəyinə erməni tərəfinin ümidini ifadə edib".
Buna da bax:
MN: Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərdə heç bir dəyişiklik baş verməyibDaha sonra məlumatda vurğulanır ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələlərinə də toxunub və aprelin 19-da Nikol Paşinyanın Rusiyaya rəsmi səfəri zamanı bu məsələlərin ətraflı müzakirə olunması barədə razılığa gəlinib" məlumatda deyilir.
Rusiyadan yayılan xəbər
Telefon danışığı barədə Rusiya prezidentiin mətbuat xidməti də məlumat yayıb.
Məlumatda qeyd olunur ki, danışıq zamanı tərəflər üç ölkə liderləri arasında Qarabağa dair razılaşmaların, cümlədən Azərbaycan-Ermənistan sərhədlərinin həyata keçirilməsinin vacibliyini bir daha vurğulayıblar. Azərbaycan- Ermənistan sərhədlərinin delimitasiyası üzrə Komissiyanın yaradılması, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə layihələrin icrasına başlanılması, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması mövzusuna da toxunulub.
Xəbərin sonunda vurğulanır ki, "müxtəlif səviyyələrdə aktiv Rusiya-Ermənistan təmasları davam edəcək.
Azərbaycan tərəfinin mövqeyi
Azərbaycan tərəfi isə Rusiya sülhməramlılarının məsuliyyət zonasına girməsi ilə bağlı Ermənsitandan səsləndirilən bu fikirləri hələ martın 25-də Azərbaycan və Rusiya müdafiə nazirlərinin telefon danışığı zamanı təkzib edib.
Həmin vaxt Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, söhbət zamanı Azərbaycan tərəfi bəyan edib ki, məntəqələrdə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır.
Buna da bax:
Fərrux yüksəkliyində meyitlər aşkarlanıb