Pakistanda baş nazirə qarşı etimadsızlıq səsverməsi keçirilib

Imran Xan, Islamabad, 2 iyun 2021

Pakistan parlamenti baş nazir İmran Xana etimadsızlıq səsverməsi keçirib. O, belə bir qərar nəticəsində ölkə tarixində vəzifəsini tərk edən ilk baş nazir sayılır. Bazar ertəsi qanunvericilərin yeni hökumət başçısını seçmək üçün toplanacağı gözlənilir.

Seçiləcək baş nazirin mandatı yeni seçkilərin keçiriləcəyi 2023-cü ilin oktyabrına qədər davam edəcək.

Xan hökumətinə etimad səsverməsi müxalifətin təşəbbüsülə baş tutub. Müxalifət 342 deputatdan 174-nün dəstəyini qazana bilib. Buna qədər Xan parlamenti buraxıb erkən seçkilərə getmək təşəbbüsünü irəli sürüb. Amma Ali Məhkəmə etimadsızlıq səsverməsinin keçirilməsinə qərar verib.

Buna da bax: Pakistanın baş naziri parlamentdə etimadsızlıq səsverməsilə üzləşib

İmran Xan isə bildirir ki, o, rəqiblərinin gələcəkdə yaradacağı hökuməti tanımayacaq. Xan iddia edir ki, ölkədə baş verənlər onun Rusiya və Çinlə bağlı məsələlərdə Vaşinqtonu dəstəkləməməsi səbəbindən irəli gəlir.

ABŞ administrasiyası isə Xanın sübut təqdim etmədiyi bu iddiaları rədd edir.

Ölkə müxalifəti İmran Xanı artan inflyasiyanın və milli valyutanın kəskin ucuzlaşması fonunda iqtisadiyyatı düzgün idarə etməməkdə ittiham edir.

Bir neçə həftə ərzində Pakistanda kəskin siyasi qarşıdurmalar davam edib. Pakistan Müsəlman Liqasının rəhbəri olan müxalifət lideri Şahbaz Şərif (Şahbaz Şərif baş nazirliyə namizədliyini irəli sürübş O, Pakistanın üç dəfə baş naziri olmuş Nəvaz Şərifin kiçik qardaşıdır) tvitter hesabında yazıb ki, ölkə İmran Xanın devrilməsi ilə bağlı “böyük böhrandan” xilas olub.

Buna da bax: Stoltenberq: NATO öz sərhədləsrində daimi hərbi mövcudlsuğu nəzərdən keçirir

Siyasi təhlilçilər bu arada həm də 2018-ci ildə İmran Xanın hakimiyyətə gəlməsinə yardım edən hərbçilərlə onun arasında müşahidə olunan soyuq münasibətlərə diqqət çəkirlər.