NATO-nun baş katibi Yens Stoltenberq “The Telegraph” qəzetinə müsahibəsində bildirib ki, NATO gələcəkdə Rusiyanın mümkün təcavüzünün qarşısını almaq üçün öz sərhədlərində daimi hərbi mövcudluğunu nəzərdən keçirir.
Onun sözlərinə görə, qüvvələrin yerləşdirilməsi ilə bağlı qərar NATO-nun iyunda Madriddə keçiriləcəyi planlaşdırılan toplantısında veriləcək.
Stoltenberq deyib ki, Rusiyanın Ukraynadakı müharibəsi “NATO-nun əsaslı transformasiyasına” gətirib çıxarıb ki, bu da “uzunmüddətli perspektivdə Vladimir Putinin hərəkətlərinin nəticələrini” əks etdirəcək.
"Hazırda bizim gördüyümüz -yeni reallıqdır, Avropanın təhlükəsizliyinin yeni normasıdır. Bu səbəblə biz hərbi komandirlərimizdən NATO-nun uzunmüddətli adaptasiyası, sıfırlama dediyimiz variantlarla bağlı məlumat vermələrini istədik”- Stoltenberq deyib.