Bu gün – noyabrın 26-da Türkiyədə xeyriyyəçi biznesmen Osman Kavala işi üzrə məhkəmə başlanıb. Bu iş Ankara ilə Qərb müttəfiqləri arasında diplomatik mübahisəyə səbəb olub, Qərb onu dərhal azadlığa buraxmağa çağırıb.
Kavalanın dörd ildən çox məhkəmə hökmü olmadan həbsdə saxlanması siyasi motivli hesab olunur. Tənqidçilər Prezident Receb Tayyib Ərdoğanın narazıları susdurmağa çalışdığını deyir.
Buna da bax:
Türkiyənin BƏƏ ilə yaxınlaşmasının pərdəarxası – Qərb mediasıHökumətsə ittihamları rədd edir, Türkiyədə məhkəmələrin müstəqil olduğunu bildirir.
Ötən ay Ərdoğan ABŞ, Almaniya və Fransa daxil 10 ölkənin səfirlərini ölkədən çıxarmaqla hədələmişdi. Çünki onlar Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına istinad edərək Kavalanı buraxmağa çağırmışdılar.
Buna da bax:
Soros-un “Açıq cəmiyyət” institutu Türkiyədə fəaliyyətini dayandırırÖzü prosesə qatılmayıb
İndiyədək məhkəməyə videoəlaqə ilə qatılan Kavala cümə günü prosesində iştirak etməyib.
Onun həyat yoldaşı, müxalifətdən olan deputatlar, diplomatik qalmaqalda adı çəkilən 10 səfirliklərin bəzilərini təmsil edən diplomatlar məhkəməyə gəlib.
Kavala ötən il 2013-cü il Gezi etirazları ilə əlaqədar ittihamlarla bağlı bəraət alıb. Ancaq bu il həmin qərar ləğv olunub, 2016-cı il çevriliş cəhdi işi üzrə ittihamlara birləşdirilib. Özü isə hər hansı nöqsana yol vermədiyini deyir.
64 yaşlı Kavala məhkəmədə iştirakı “mənasız” adlandırıb. Onun fikrincə, Ərdoğanın onun barəsində dediklərini nəzərə alanda ədalətli məhkəməni mümkün saymır.
“Hüququn aliliyini müdafiə edən vətəndaşı kimi düşünürəm ki, məhkəmənin məruz qaldığı indiki vəziyyəti legitimləşdirmək üçün hərəkət etmək düzgün deyil”, – o, bəyanatında deyib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Türkiyə ilə Qərb arasında qalmaqala səbəb olan Osman Kavala kimdir ?
1487 gün həbsdə
Gezi etirazları zamanı formalaşmış Taksim Həmrəylik qrupu Kavalaya qarşı “məntiqsiz və qanunsuz” işi dərhal ləğv etməyə çağırıb.
“1487 gündür siyasi məhbus kimi həbsdə saxlanmış Osman Kavala buraxılmalıdır”, – qrup məhkəmənin qarşısındakı meydanda bəyanatında oxuyub.
“Reuters” məhkəmənin qabağına xeyli sayda polis əməkdaşı və su vuran maşınların gətirildiyini xəbər verir.
Buna da bax:
Türkiyə və Qərb arasında diplomatik qarşıdurma aradan qalxdıKavala 51 nəfərlə birlikdə mühakimə olunur. Onların ittiham olunduğu üç iş 2013-cü il etirazları və 2016-cı il çevriliş cəhdi ilə əlaqədardır.
AİHM 2019-cu ilin sonunda Kavalanı azadlığa buraxmağa çağırıb. Onun cinayət törətdiyinə məntiqli şübhə olmadığı, həbsinin onu susdurmaq niyyəti güddüyü bildirilib.
Avropa Şurası bildirib ki, Kavala buraxılmasa, Türkiyəyə qarşı xüsusi prosedura başlaya, sonucda Ankara qurumdan çıxarıla bilər.