Miyarder Ceorge Soros-un (Cor Soros) “Açıq cəmiyyət” institutu noyabrın 26-da bəyan edib ki, Türkiyədə fəaliyyətini dayandırır.
Reuters yazır ki, Türkiyə prezidenti Racep Tayyip Erdogan bundan 2 gün əvvəl fondun təsisçisi, milyarder Corc Sorosu xalqları parçalamaq və məhv etməkdə günahlandırıb.
Həmçinin Türkiyənin daxili işlər nazirliyi hazırda fondun fəaliyyəti ilə bağlı istintaq aparır.
Türkiyə hakimiyyəti fondu 2013-cü ildə İstanbulun “Gezi” parkındakı kütləvi etirazlarla bağlılıqda ittiham edir.
Fondun Türkiyədəki bölməsinin yaradıcılarından biri Hakan Altinay 10 gün bundan əvvəl saxlanan 13 nəfərin arasındadır.
Onlar hazırda həbsdə olan hüquq müdafiəçisi Osman Kavalanı dəstəkləməkdə, kütləvi etirazlarla hakimiyyəti devirməyə cəhddə şübhəli bilinirlər.
Prezident Racep Tayyip Erdogan ötən həftə yerli rəsmilərlə görüşdə bu həbslərin Sorosla bağlı olduğunu deyib.
“Gezideki insidentlər zamanı terrorçuları maliyyələşdirən şəxs (Kavala) artıq həbsdədir.Onun arxasında kim durur? Tanınmış Macarıstan yəhudisi Soros”, Erdogan vurğulayıb.
Prezidentin fikrincə Soros bu insanlardan millətləri parçalamaq üçün istifadə edir.
Amma fond bu ittihamları rədd edir və bildirir ki, yeni istintaqda məqsəd onları “Gezi” hadisələri ilə bağlamaqdır və bu yeni cəhd deyil.