Bu gün – yanvarın 19-da neftin qiyməti dördüncü gün ardıcıl qalxmaqda davam edib. İraqdan Türkiyəyə gedən kəmərin işində fasilə isə təchizat sarıdan narahatlığı artırır.
Bu gün Brent markalı neftin füçersləri 39 sent, yaxud 0.5% qalxaraq bareli 87.90 dollar olub.
Qərbi Texas neftinin (WTI) füçersləri 64 sent, yaxud 0.8% artıb, 86.07 dollara bərabərləşib.
Buna da bax:
Neft niyə bahalanır - Qərb mediasıTələb sürətlə yüksəlir
Türkiyənin dövlət kəmər operatorları şirkəti Kərkük-Ceyhan kəmərində neft axınının dayandırılmasına səbəb olmuş yanğını söndürdüyünü bildirir. Partlayışın səbəbi bəlli deyil, kəmərin “mümkün qədər tez” işə salınacağı qeyd olunur.
Bu kəmərlə OPEC-in ikinci böyük neft hasilatçısı olan İraqdan neft Türkiyənin Ceyhan limanına daşınır, oradan ixrac olunur.
Bu arada təhlilçilər 2022-ci ildə neft təchizatında sıxıntıların olacağını proqnozlaşdırırlar. Yüksək yoluxucu omikron ştammı yayıldığı bir dönəmdə tələb gözlənildiyindən daha sürətlə artır. Bəziləri neftin barelinin 100 dollaradək bahalanacağını proqnozlaşdırır.
Dünyada ikinci böyük neft hasilatçısı olan Rusiya və OPEC-də üçüncü hasilatçı BƏƏ ilə bağlı narahatlıq təchizat sarıdan əndişələri gücləndirir.
Buna da bax:
Qazaxıstan hadisələri neftin qiymətini qaldırırGünə 400 min əlavə bareli çatdıra bilmirlər
Rusiya Ukrayna ilə sərhədə qoşun cəmləyir, Ağ ev vəziyyəti həddən artıq təhlükəli hesab edir, Rusiyanın istənilən an təcavüzə başlaya biləcəyini deyir.
Bu günlərdə Yəməndəki husi qrupları BƏƏ-də neft çənlərinə dron və raket zərbələri endirib.
OPEC, Rusiya və onların OPEC+ adlı tərəfdaşları hazırda razılaşdırılmış günə 400 min əlavə barel neft çıxarmaq çətinliklə üzləşiblər.
Buna da bax:
İran dronları – 'Toyota Corolla' misalı“OPEC+ hasilat kvotasını yerinə yetirməkdə çətinlik çəkir və geosiyasi gərginlik qızışsa, Brent markalı neftin barelinin 100 dollara çatması çox çəkməz”, – OANDA-nın təhlilçisi Edvard Moya “Reuters”ə deyib.
Beynəlxalq uçuşların sayı artdıqca yanacağa tələbat yüksəlir, ötən illə müqayisədə yol nəqliyyatı də artıb. Bunu isə “Commonwealth Bank”ın təhlilçisi Vivek Dhar deyib.
Onun sözlərinə görə, OPEC+un təchizat problemləri üstəgəl qlobal neft tələbatının artması növbəti aylarda neftin qiymətlərini dəstəkləməyə davam edəcək.