Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 10:37

Neft niyə bahalanır - Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

“Reuters” OPEC+ üzvü Rusiya ilə Ukrayna arasında gərginliyin artmasının da neftin bahalanmasına təsir göstərdiyini yazır.

Neftin bir barelinin qiyməti 87 dolları keçərək son yeddi ildə ən yüksək həddə çatıb. “The Financial Times” qəzeti bunun qlobal inflyasiyanı daha da artıra biləcəyini yazır.

Bu gün – yanvarın 18-də Brent markalı neftin bareli 1.3 faiz artaraq 87.63 dollara çatıb. Sonuncu dəfə 2014-cü ildə bir barrel neft 115 dollar olmuşdu.

Bu il neft 13 faizədək bahalanıb.

Qərbi Texas nefti isə ilin əvvəlindən 13 faizdən çox bahalanaraq 85.74 dollara yüksəlib.

Dron və raket zərbələrindən sonra

Qəzet bəzi təhlilçilərə istinadla yazır ki, təchizat artırılmasa, neftin bareli bu il 100 dolları keçə bilər.

Bu həftə Yəməndəki husi qrupunun Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) zərbəsindən sonra neft təchizatı sarıdan narahatlıq artıb.

Dron və raket zərbələri yanacaq çənlərində partlayış törədib, üç nəfər həlak olub. Bundan sonra husi hərəkatı daha çox obyekti vura biləcəyini bildirib. BƏƏ isə “bu terror hücumlarına cavab vermək” hüququnu saxladığını bəyan edib.

“Reuters” OPEC+ üzvü Rusiya ilə Ukrayna arasında gərginliyin artmasının da neftin bahalanmasına təsir göstərdiyini yazır.

“Konsensus belədir ki, proqnozlaşdırılan gələcəkdə vəziyyət düzəlməyəcək, neftə tələbatın artması və təchizatda məhdudiyyətlər neft balansını bir az da çətinləşdirəcək”, – PVM-in təhlilçisi Tamasa Varqa deyib.

Səbəblər

“Goldman Sachs” təhlilçilərinin gözləntisi belədir ki, OECD ölkələrinin neft inventarları yayadək 2000-ci ildən bəri ən aşağı həddə düşəcək, Brent neftinin qiyməti isə ilin sonuna 100 dollara qalxacaq.

CNBC CommSec təhlilçilərinə istinadla yazır ki, neftin qiymətini şimal yarımkürəsində soyuq havalar da dəstəkləyir, yanacağa tələbat artır.

“Dünya iki ildən sonra lokdaunlardan çıxır, tələbin normal trayektoriyası bərpa olunur, bu səbəbdən təhlilçilər tələbin təklifi üstələyəcəyini gözləyirlər”, – “CMC Markets”dən Eş Qlover deyib.

OPEC-in bəzi üzvləri isə sərmayə azlığı və işdə fasilələr səbəbindən razılaşdırılmış həcmdə neft hasilatına nail olmaq üçün çabalayırlar. OPEC+ çərçivəsində əldə olunmuş razılaşma hasilatı hər ay günə 400 min barel artırmağı nəzərdə tutur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG