Azərbaycanın Milli Qəhrəmanlarının təqaüdlərinin məbləği artırılır.
Prezident İlham Əliyevin oktyabrın 11-də imzaladığı “Milli Qəhrəman adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” fərmanda belə nəzərdə tutulur.
Buna da bax: Milli Qəhrəman vəsiqələri təqdim edildi
Fərmana əsasən, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxsdən ötrü müavinətin aylıq məbləği 1300 manatadək artırılıb.
Fərmanadək müavinətin məbləği 1000 manat idi.
Fərman noyabrın 1-dən qüvvəyə minəcək.
Buna da bax: Prezident öz təqaüdçülərini də sevindirdi...