Avqustun 10-da Həcc ziyarətinə gedənlər müqəddəs Məkkə ətrafındakı Ərafat dağına toplaşıblar.
Reuters və digər informasiya agentliklərinin məlumatına görə, bu il Ərafat dağına 2 milyonadək zəvvar topşlaşıb.
Səudiyyə Ərərbistanından verilən rəsmi məlumata görə, ümumilikdə bu il ziyarətə dünyanın müxtəlif ölkələrindən 2 milyondan çox adam gəlib.
Zəvvarlar bir günü Ərafat dağında keçirəcəklər.
Avqustun 11-də isə şeytana daşatma mərasimi başlayacaq.
Bu Qurban bayramının ilk günüdür.
Buna da bax:
Azərbaycandan gedən zəvvar vəfat edibBu il Azərbaycanda Həcc ziyarəti üçün zəvvarlara ayrılan kvota tam dolaraq 1400 nəfər olub.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqlamasına görə, bu il Qurban bayramı Azərbaycanda 12-13 avqust tarixlərində qeyd ediləcək.
Həcc ziyarətləri, adətən, Qurban bayramları vaxtı icra edilir.
İslamda Həcc ziyarəti vacib şərtlərdən sayılır.
Söhbət Səudiyyə Ərəbistanının Məkkə şəhərində Kəbənin ziyarətindən gedir.