Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Noyabr, Cümə, Bakı vaxtı 05:49

Azərbaycandan gedən zəvvar vəfat edib


Zəvvarlar müqəddəs Ərəfat dağında

Avqustun 4-də Azərbaycandan gedən zəvvarlardan birinin Həcc ziyarəti zamanı vəfat etdiyi bildirilir.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Bildirildiyinə görə, 69-yaşlı kişi gecəyarısı Kəbə evinin təvafından sonra namaz qılıb və ardınca vəfat edib. Onun ürəktutmadan öldüyü deyilir. Mərhum Məkkədə dəfn olunmalıdır.

Avqustun 2-də Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu yola düşmüşdü. Sonuncu qrupun isə dünən, avqustun 4-də yola düşdüyü bildirilirdi.

Bu il Azərbaycanda Həcc ziyarətində zəvvarlara ayrılan kvota tam dolub, kvota 1400 nəfər olub.

2018-cu ildə Azərbaycandan Həcc ziyarətinə 1440 nəfərlik kvota ayrılmışdı. Bu il sayda azalma olsa da, qiymətlərdə 75 dollarlıq bahalaşma baş verib. 2019-cu ildə Həcc ziyarəti bir zəvvara 4225 dollara (ötən il 4150 dollar) başa gəlib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqlamasına görə, bu il Qurban bayramı Azərbaycanda 12-13 avqust tarixlərində qeyd ediləcək. Həcc ziyarətləri, adətən, Qurban bayramları vaxtı icra edilir.

Son illər Azərbaycandan Həcc ziyarətinə gedənlərin sayında ümumən azalma var.

İslamda Həcc ziyarəti vacib şərtlərdən sayılır. Söhbət Səudiyyə Ərəbistanının Məkkə şəhərində Kəbənin ziyarətindən gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG