Parlament bəzi qanunlara yenidən əl gəzdirməyə hazırlaşır

"Təzə Pir" məscidi

Ölkə parlamenti “Kütləvi informasiya vasitələri haqqında” “Dini etiqad azadlığı haqqında” qanunlara dəyişiklik etməyə hazırlaşır.

Dəyişikliklər dini ekstremizm əleyhinə əməliyyatlar barədə informasiyaların yayılması və dini qurumların fəaliyyəti ilə əlaqədardır.

«Turan» Agentliyi xəbər verir ki, dəyişiklik layihələri parlamentin insan hüquqları komitəsinin oktyabrın 12-də keçirilmiş toplantısında müzakirə edilib. Deputatlar layihələri məqbul hesab ediblər.

Buna da bax:​ KİV haqqında qanun yenə dəyişir?

Təkliflərə görə, kütləvi informasiya vasitələri təmsilçiləri dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar aparılan ərazilərdə sərbəst fəaliyyət göstərə bilməyəcəklər. “Kütləvi informasiya vasitələri haqqında” qanuna ediləcək dəyişiklikdə jurnalistlərin fəaliyyət dairəsini əməliyyat aparan qurumun müəyyən etməsi nəzərdə tutulur. KİV əməliyyat barədə bilgiləri əməliyyat aparan qurumun uyğun hesab etdiyi həcmdə əldə edə biləcək.

“Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişiklikdə isə ekstremist fəaliyyətlə məşğul olan dini qurumların fəaliyyəti qadağan edilir.