Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:43

KİV haqqında qanun yenə dəyişir?


Rəfael Hüseynov
Rəfael Hüseynov

-

Ölkə parlamenti media qanunvericiliyinə yeni dəyişikliklərə hazırlaşır. Parlamentin Mədəniyyət komitəsi aprelin 12-də«Kütləvi İnformasiya Vasitələri haqqında» Qanuna əlavə və dəyişiklik layihəsini müzakirəyə çıxarıb. APA bu xəbəri verib.

Layihəni təqdim edən komitə sədri Rəfael Hüseynov bildirib ki, sözügedən qanunun 11-ci maddəsinə daha bir bənd artırılacaq. Həmin bənddə nəzərdə tutulur ki, Cinayət-Prosessual Məcəlləsinə və «İnformasiya əldə etmək haqqında» Qanuna uyğun sənədləşdirilmiş informasiya sayılan cinayət təqibi üzrə icraat materiallarının surəti indən belə olduğu kimi yayıla bilməz.

Maddənin 4-cü bəndi isə dəyişdiriləcək. Bu maddədə qeyd ediləcək ki, «yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların həmin şəxslərin, onların qanuni nümayəndələrinin razılığı olmadan yaymasına yol verilmir».

Bəndin hazırda qüvvədə olan variantı belədir: «Cinayət etməkdə təqsirləndirilən yetkinlik yaşına çatmayanların və ya qanuni nümayəndələrinin razılığı olmadan onların şəxsiyyəti barədə hər hansı məlumatın yayılmasına yol verilmir».

Komitə sədri bildirib ki, belə əlavə və dəyişikliklərdən məqsəd - mediada hər hansı məlumatın vaxtından əvvəl, şişirdilmiş şəkildə verildiyi halda arzulanmaz nəticələrin çıxarılmasının önünü kəsməkdir. O, yeni dəyişikliklərin KİV-in işini məhdudlaşdırmağı hədəfləmədiyini də vurğulayıb.

Komitə dəyişiklik layihəsini parlamentin müzakirəsinə təqdim edib.

XS
SM
MD
LG