Rüfət Aslanlı: 'Marjanı pozanlar cəzalanacaq'

Bakıda exchange

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) valyuta alqı-satqısında tətbiq olunan marja ilə bağlı kommersiya banklarına xəbərdarlıq edib.

Rüfət Aslanlı banklara xəbərdarlıq verdi

Bunu jurnalistlərə MBNP rəhbəri Rüfət Aslanlı deyib. Palata bankları indiki həssas dövrdə qanunvericiliyə əməl etməyə çağırıb.

“Marjanı pozanlara qarşı ən ciddi tədbirlər görüləcək”, - o bildirib.

Buna da bax:​ Müvəqqəti inzibatçıların səlahiyyəti artırılır

R.Aslanlı deyib ki, hazırda MBNP-nin gündəliyində hansısa bankın bağlanması məsələsi yoxdur. O qeyd edib ki, Palatanın əsas vəzifəsi maliyyə sektorunun dayanıqlığını təmin etməkdir.

Beynəlxalq Bank 2017-ci ildə sağlamlaşacaq

R.Aslanlı Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması ilə bağlı suallara da cavab verib. O, bildirib ki, bu proses 2017-ci ildə başa çatacaq.

“Bu məsələlərlə əlaqədar MBNP hökumət və Maliyyə Nazirliyi ilə sıx işləyir. Hazırda Beynəlxalq Bank idarə olunacaq səviyyəyə qədər kiçildilib. Onun müəyyən aktivləri, öhdəlikləri bank sektorunun digər təmsilçilərinə ötürülür”, - R. Aslanlı bildirib.

Buna da bax:​ Banklardakı əmanətlər azalır

Azərbaycanda bank qanunvericiliyində marja 4 faiz müəyyən edilib. Yəni banklar rəsmi məzənnədən yalnız 4 faiz civarında fərqli valyuta mübadiləsi apara bilər.