Venesuela prezidenti Azərbaycana gəlib

Nicolas Maduro

Venesuela Bolivar Respublikasının prezidenti Nicolas Maduro oktyabrın 21-də Azərbaycana gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Bakı Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Venesuela prezidenti Nicolas Maduronu hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Buna da bax:​ İlham Əliyev venesuelalı həmkarı ilə görüşüb

Venesuela prezidentinin Azərbaycanla yanaşı, Səudiyyə Ərəbistanı, İran və Qətərə də səfər edəcəyi bildirilirdi.

Oktyabrın 20-dən başlayan dörd günlük turnenin məqsədinin neft ixracını azaltmaqla bağlı danışıqlar aparmaq olduğu söylənir.