Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:39

Oktyabrın 10-da İstanbulda Azərbaycan dövlət başçısı İlham Əliyevin Venesuela prezidenti Nicolas Maduro ilə görüşü olub.

Prezidentin mətbuat xidmətinin yaydığı xəbərdə görüşün detalları ilə bağlı, hələlik, bilgi verilmir.

Oktyabrın 9-da isə İstanbulda Azərbaycan dövlət başçısı İlham Əliyev Türkiyə prezidenti Recep Tayyip Erdoğan-la görüşmüşdü.

Bu görüş zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdi.

Prezident İlham Əliyev oktyabrın 9-da Türkiyəyə gedib. O, Türkiyədə keçirilən XXIII dünya enerji konqresində iştirak edəcək.

Bu gün, oktyabrın 10-da İstanbulda dünya enerji sammiti açılır. 50 ölkə başçısı, 54 baş nazirin, ümumilikdə 266 dövlət rəsmisinin qatıldığı sammitdə bir sıra iri enerji layihələri müzakirə olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG