Bu ilin ilk maaşından cibdə nə qədər pul qaldı? - Vergi güzəştlərinin ləğvi başladı
Sizin brauzer HTML5-i dəstəkləmir
kinoyazar.az saytının redaktoru Aygün Aslanlı deyir ki, bugünlərdə əlinə gələn maaşı görəndə xeyli məyus olub: "200 manat artıb 800 manat olacaqdı. Onunla bağlı bəzi planlar qurmuşdum... Amma yanvarın axırında maaşımı alanda cəmi 94 manat artığını gördüm. Niyə belə olduğunu soruşdum, dedilər ki, vergilərə görədir".