Vaxtında lisenziya verməyənlərə cəza veriləcək

Milli Məclis

Lisenziyalar və icazələr haqqında qanunvericiliyin pozulmasına görə, cəzaların dairəsi genişləndirilir.

Dekabrın 5-də Milli Məclisin hüquq siyasət və dövlət quruculuğu komitəsində İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsi müzakirə olunub.

Buna da bax:​ Lisenziyalar iki dəfə azaldı

Modern.az-ın xəbərinə görə, “Lisenziyalar və icazələr haqqında” qanunda nəzərdə tutulmuş məlumatları lisenziya və icazə verən orqan müvafiq icra hakimiyyəti, eləcə də digər əlaqəli quruma zamanında verilməzsə, vəzifəli şəxslər 5 yüz manatdan min manatadək cərimə ediləcəklər.

Lisenziya və icazə verən orqan səlahiyyətlərinə aid məsələlər üzrə ona müraciət etmiş sahibkara yazılı və şifahi izahatlar verməsə, buna görə də məsuliyyət daşımalı olacaqlar - 5 yüz manatdan min manatadək cərimə.

Buna da bax: Bir lisenziya ləğv olunur

Əgər ərizəçilər barədə hər hansı bilgi dövlət orqanlarının və digər qurumların elektron informasiya ehtiyatlarında olarsa, ancaq lisenziya və icazə verən orqan həmin bilgini ərizəçidən tələb edərsə min manatdan beş yüz manatadək cərimə ediləcəklər.