Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:47

Bir lisenziya ləğv olunur


Milli Məclis
Milli Məclis

-

Parlament «Lisenziyalar və icazələr haqqında» qanuna dəyişikliklər edəcək.

Dəyişikliklər layihəsi martın 2-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunub.

APA-nın məlumatına görə, dəyişikliklər sahibkarlıq fəaliyyəti üçün lisenziyaların qismən azaldılmasını nəzərdə tutur.

Lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 37-dən 36-ya endiriləcək. Dəyişiklikdən sonra yabanı bitkilərin toplanması üçün lisenziya tələb olunmayacaq.

Dəyişikliklər həmçinin, lisenziyanın verilməsi qaydalarının sadələşdirilməsini nəzərdə tutur. Bundan sonra lisenziyalaşdırma elektron yolla mümkün olacaq. Sahibkarlar «Elektron lisenziya» portalında öz kabinetini yaratmaqla kod əldə edəcəklər. Həmin kod lisenziyanın əldə olunmasına imkan verəcək.

Ekspertlər sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayının həddindən artıq olduğunu deyirlər. Hazırda 37 fəaliyyət növü üçün lisenziya, 200 fəaliyyət növü üçünsə icazə tələb olunur.

XS
SM
MD
LG