Kollara görə yeni cərimələr gəlir: 500 manatdan 5 min manatadək

Sizin brauzer HTML5-i dəstəkləmir

'Rüşvəti ver, istədiyin qədər kəs' - Bakıda göydələnlərə qurban edilən ağaclar (ARXİV. 2024)

Azərbaycanda kolların kəsilməsi barədə yalan və ya təhrif olunmuş məlumat verənlər cərimələnəcək. Bu yeni qayda İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni 253-1.5-ci maddədə əksini tapıb. Milli Məclisin komitə iclasında mayın 22-də müzakirə olunan layihə artıq parlamentin plenar iclasına tövsiyə edilib.

Yeni layihəyə əsasən, kolların kəsilməsi barədə yalan və ya yanlış məlumat verənləri böyük cərimələr gözləyir: sıravi vətəndaşlar (fiziki şəxslər) 500 manat, vəzifəli şəxslər 3 min manat, şirkətlər (hüquqi şəxslər) isə 5 min manat cərimə olunacaqlar.

Bu dəyişiklik "Yaşıllıqların mühafizəsi haqqında" Qanunda kənd təsərrüfatı təyinatlı torpaqlarda kolların kəsilməsi ilə bağlı müəyyənləşəcək yeni qaydadan irəli gəlir. Həmin qaydaya əsasən, əkin sahələrində kolların kəsilməsi üçün əvvəlcədən rəsmi məlumat verilməli və müvafiq icazə alınmalıdır.

Azərbaycanda yeni cərimələrin tətbiqi, mövcud sanksiyaların artırılması və qanunvericiliyin sərtləşdirilməsi bundan əvvəl də cəmiyyətdə geniş müzakirələrə səbəb olmuşdu.

Xatırlatma

Bu ilin əvvəlindən etibarən Azərbaycanda bəzi vergi güzəştləri ləğv edilib, bir sıra cərimə və rüsumlar isə artırılıb. Müstəqil ekspertlər bildirirlər ki, ölkə iqtisadiyyatı hələ də neft və qazdan çox asılıdır. Ekspertlərin fikrincə, Azərbaycanda neft hasilatının azalması və mart ayına qədər neftin ucuzlaşması hökuməti bu addımları atmağa məcbur edib. Hərçənd mart ayından bəri Yaxın Şərqdə gərginliyin artması səbəbindən dünya bazarında neft yenidən kəskin bahalaşıb.