Ukrayna Rusiyanın Mariupol liman şəhərində kimyəvi silahdan istifadə etməsi haqda məlumatları araşdırdığını bildirir. Böyük Britaniya isə informasiya təsdiqini tapacağı halda buna “cavab veriləcəyini” deyib.
Rusiya ittihamları rədd edir. Qərb ölkələri indiyədək bir neçə dəfə Ukrayna müharibəsində kimyəvi, yaxud nüvə silahlından potensial istifadəylə bağlı ciddi xəbərdarlıq ediblər.
Buna da bax:
Zelenski: 'Avropa bu müharibəni udmalıdır'Ukraynanın Müdafiə naziri Hanna Malyar hərbi orqanların Mariupolda qeyri-müəyyən sayda insanın dron hücumundan sonra respirator və nevroloji xəstəliklərdən əziyyət çəkməsi haqda iddiaları araşdırdığını söyləyib.
“Fosfor bombasından istifadə olunması nəzəriyyəsi var. Rəsmi informasiya daha sonra veriləcək”, – Malyar aprelin 12-də televiziyaya müsahibəsində deyib.
Buna da bax:
Faşist Rusiyası? Tarixçilər ‘yox’ deyirQadağan olunmasa da...
Fosfor kimyəvi silah sayılmasa da, ağır xəsarətlərə səbəb olan yandırıcı silah növüdür. Fosfordan hərbi məqsədlərlə istifadə qanunsuz deyil, amma dinc sakinlərin istənilən silahla hədəfə alınması Cenevrə Konvensiyaları ilə qadağandır.
Ukraynanın bir sıra rəsmiləri oxşar məlumatların hələ təsdiqlənmədiyini deyiblər.
“Interfax” xəbər agentliyinin aprelin 12-də yaydığı məlumata görə, regionda Rusiyanın dəstəklədiyi separatçı qüvvələr də kimyəvi silahdan istifadə olunmadığını bildiriblər.
Buna da bax:
Aİ-dən ərzaq böhranı xəbərdarlığıUkrayna Prezidenti Volodimir Zelenski bir gün öncə ümumi xəbərdarlığında deyirdi ki, rəsmilər Rusiyanın kimyəvi silaha əl ata biləcəyi sarıdan qorxuların artmasına “tam ciddi” yanaşırlar.
Rusiya fevralın 24-də başladığı işğalda Ukraynanın sərt dirənişi ilə qarşılaşdığından bu qorxular daha da artıb. Müharibədə minlərlə insan həlak olub, milyonlarla sakin evindən didərgin düşüb.
Buna da bax:
Britaniya kəşfiyyatı: Rusiya fosfor bombasından istifadə edə bilərBritaniya da araşdırır
Britaniya müdafiə nazirinin müavini Ceyms Hippey aprelin 12-də Sky News-a deyib ki, London da məlumatları dəqiqləşdirməyə çalışır.
“Ondan istifadə olunubsa, Rusiya Prezidenti Vladimir Putin bilməlidir ki, Qərbin necə reaksiya verəcəyi məsələsində bütün mümkün variantlar masadadır”, – Hippey deyib.
Buna da bax:
Almaniya Ukraynaya Leopard tankları verə bilərPentaqonun sözçüsü Con Körbi aprelin 11-də Vaşinqtonun mümkün kimyəvi silahlarla bağlı xəbərlərdən agah olduğunu, amma bunları təsdiqləyə bilmədiyini vurğulayıb.
Mariupolda döyüşlər bir neçə həftədir gedir, minlərlə dinc sakin humanitar böhran yaşayır. Bu liman şəhəri Rusiya üçün başlıca hədəfdir, Ukraynanın şərqindəki ərazilərlə Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krım arasında quru əlaqəsi deməkdir.