2022-ci ilin son günündə , dekabrın 31-də Papa XVI Benedikt 95 yaşında Vatikanda vəfat edib. Bu barədə şənbə günü Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
"Təəssüflə bildiririk ki, Papa XVI Benedikt bu gün saat 9.34-də Vatikanın Mater Ekklesia monastırında vəfat edib", - məlumatda deyilir.
XVI Benedikt Roma Katolik Kilsəsinin tarixində ən uzunömürlü papa sayılır.
XVI Benedikt (Cozef Ratzinger) 1927-ci ildə Almaniyada anadan olub. İkinci Dünya Müharibəsinin iştirakçısı olub, sonra ilahiyyatı öyrənib.
O, 2005-ci ildə II İohann Pavelin ölümündən sonra Roma Papası seçilib və ardıcıl ikinci qeyri-İtalyan Papa olub. Benediktin pontifikatı katolik keşişləri arasında pedofiliya halları ilə bağlı bir sıra qalmaqalların kölgəsində qalıb.
Buna da bax: Vatikan ərazisində "pedofiliya" ilə bağlı vahid qanun tətbiq edildi2013-cü ilin fevralında o, həm də 500 ildən artıq müddətdə könüllü olaraq istefa verən ilk Papa olub. O, istefasının səbəbini səhhətindəki problemlərlə əlaqələndirib.
İstefa verdikdən sonra "təqaüdçü papa" fəxri adını alan XVI Benedikt ömrünün sonuna qədər Vatikanın keçmiş Mater Ecclesiae ("Ana kilsəsi") monastırında yaşayıb, nadir hallarda ictimaiyyət qarşısına çıxıb.
Buna da bax: Roma papası buryat və çeçenləri 'qəddar' adlandırdıVatikan bir neçə gün əvvəl XVI Benediktin səhhətinin pisləşdiyini bildirib. Daha sonra Papa Fransisin sələfini ziyarət etdiyi bildirilib.
Vatikan bəyan edib ki, XVI Benediktin dəfn mərasimi yanvarın 5-də baş tutacaq və mərasimə hazırkı Papa Fransisk rəhbərlik edəcək.