Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Vatikan ərazisində "pedofiliya" ilə bağlı vahid qanun tətbiq edildi

Roma papası Francis. Vatikan , 4 mart , 2019.

Roma papası Francis, Vatikan ərazisində pedofilliklə bağlı vahid qanun tətbiq edilməsi barədə fərman imzalayıb.

Bunadək bu məsələni qismən həll edən ayrı-ayrı maaddələr mövcud idi.

Yeni qanun iyunun 1-dən qüvvəyə minir.

Yeni qanun apostol məktubu formasında nəşr edilib və 12 əsas bənddən ibarətdir.

Bu qanun Vatikan ərazisi və Vatikanın diplomatik missiyalarına şamil ediləcək.

Vatikan hakimiyyəti indən belə seksual zorakılığqda ittiham olunan istənilən kahin və işçiləri işdən azad etməli olacaq.

Bundan başqa şikayətlərin qəbulu ilə bağlı xüsusi prosedur yaradılacaq.

Bundan başqa Vatikan bundan əvvəl baş vermiş bu cür halları hərtərəfli araşdırmaq qərarına gəlib.

Qeyd edək ki, Vatikanın xəzinədarı Kardinal George Pell bu ilin fevralında uşaqlara qarşı cinsi təcavüzdə təqsirli bilinib. Bunun 22 il əvvəl Avstraliyada 13 yaşlı oğlanlara qarşı törədildiyi bildirilir.

“Reuters” yazır ki, kardinal uşaqlara təcavüzdə təqsirli bilinən ən yüksək rütbəli katolik ruhanisidir.

Vatikanın rütbəcə üçüncü rəsmisinə qarşı ittiham bu gün – fevralın 26-da açıqlanıb.

Son vaxtlar katolik kilsəsi ətrafında yaranmış bu qalmaqal onun Birləşmiş Ştatlarda, Çilidə, Avstraliyada və digər yerlərdə nüfuzuna zərbə vurub.

Kardinal 22 il öncə Melburndakı Müqəddəs Patrik Kilsəsində 13 yaşlı oğlanlara qarşı beş cinsi təcavüz halına görə təqsirli bilinib. Onda Pell kilsənin arxiyepiskopu olub.

Qurbanların biri 2014-cü ildə vəfat edib.

Roma papası Francis, Vatikan ərazisində pedofilliklə bağlı vahid qanun tətbiq edilməsi barədə fərman imzalayıb.

Bunadək bu məsələni qismən həll edən ayrı-ayrı maaddələr mövcud idi.

Yeni qanun iyunun 1-dən qüvvəyə minir.

Yeni qanun apostol məktubu formasında nəş edilib və 12 əsas bəntdən ibarətdir.

Bu qanun Vatikan ərazisi və Vatikanın diplomatik missiyalarına şamil ediləcək.

Vatikan hakimiyyəti indən belə seksual zorakılığqda ittiham olunan istənilən kahin və işçiləri işdən azad etməli olacaq.

Bundan başqa şikayətlərin qəbulu ilə bağlı xüsusi prosedur yaradılacaq.

Bundan başqa Vatikan bundan əvvəl baş vermiş bu cür halları hərtərəfli araşdırmaq qərarına gəlib.

Qeyd edək ki, Vatikanın xəzinədarı Kardinal George Pell bu ilin fevralında uşaqlara qarşı cinsi təcavüzdə təqsirli bilinib. Bunun 22 il əvvəl Avstraliyada 13 yaşlı oğlanlara qarşı törədildiyi bildirilir.

“Reuters” yazır ki, kardinal uşaqlara təcavüzdə təqsirli bilinən ən yüksək rütbəli katolik ruhanisidir.

Vatikanın rütbəcə üçüncü rəsmisinə qarşı ittiham bu gün – fevralın 26-da açıqlanıb.

Son vaxtlar katolik kilsəsi ətrafında yaranmış bu qalmaqal onun Birləşmiş Ştatlarda, Çilidə, Avstraliyada və digər yerlərdə nüfuzuna zərbə vurub.

Kardinal 22 il öncə Melburndakı Müqəddəs Patrik Kilsəsində 13 yaşlı oğlanlara qarşı beş cinsi təcavüz halına görə təqsirli bilinib. Onda Pell kilsənin arxiyepiskopu olub.

Qurbanların biri 2014-cü ildə vəfat edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG