İspaniya Kataloniyanın muxtariyyatını dayandırır

Mariano Rajoy

İspaniya hakimiyyəti şənbə günündən Kataloniyanın muxtariyyatını dayandırır.

Reutersin məlumatına görə, bunu oktyabrın 19-da İspaniya hökumətinin sözçüsü İnigo Mendez De Vigo bəyan edib.

Qeyd edək ki,İspaniya hakimiyyəti müstəqillikdən əl çəkmək üçün Kataloniya lideri Carles Puigdomont-a oktyabrın 19-u yerli vaxtla səhər saat 10-dək vaxt qoymuşdu.

Puigdemont isə buna cavab olaraq ultimatumun bitməsinə bir neçə dəqiqə qalmış bəyan edib ki, əgər İspaniya hökuməti Kataloniya ilə danışıqlara başlamasa, regional parlament rəsmən İspaniyadan ayrılmağa səs verə bilər.

“Əgər hökumət dialoqa mane olsa və represiyaları davam etdirsə, Kataloniya parlamenti münasib sayılsa rəsmi müstəqillik bəyannaməsinə səs verə bilər” Puigdemont İspaniyanın baş naziri Marian Rajoy-a ünvanladığı məktubda bildirib.

Kataloniya lideri Puigdemont oktyabrın 1-də keçirilən müstəqillik referendumundan sonra müstəqillik bəyannaməsi imzalayıb, amma onun icrasını saxlayıb və Madridi danışıqlara çağırıb.

İspaniya Kataloniyada keçirilən referendum qanunsuz sayır.

Buna da bax: Avropa rəsmisi: "Kataloniyanın mistəqil olması digər regionları da həvəsləndirə bilər" (Video)