Keçid linkləri

2024, 21 May, çərşənbə axşamı, Bakı vaxtı 08:17

Avropa rəsmisi: "Kataloniyanın mistəqil olması digər regionları da həvəsləndirə bilər" (Video)


Jean-Claude Juncker
Jean-Claude Juncker

Avropa Komissiyasının sədri Jean Claude Juncker bildirib ki, Kataloniyanın İspaniyadan ayrılaraq müstəqil olmasını istəmir.

O qeyd edib ki, bu digər regionları da eyni şeyə həvəsləndirə bilər və belə halda Avropa Birliyini idarə etmək çətinləşər.

Reutersin məlumatına görə, Juncker bunu oktyabrın 12-də Lüksemburq universitetində çıxışında deyib.

Avropa Komissiyasının sədri Avropada separatçılıq ənənəsindən “dərin narahat olduğunu” bildirib və İspaniyanın baş naziri Mariano Rajoy-u vəziyyətə nəzarəti təmin etməyə çağırıb.

Kataloniyanın Avropa Birliyini vasitəçiliyə çağırmasına gəldikdə isə Juncker deyib ki, komissiya yalnız bir tərəfin xahişi ilə vasitəçi ola bilməz.

Avropa Birliyi İspaniya hökumətinin bu daxili problemi həll edəcəyinə əminlik bildirib.

İspaniyada stul davası
Gözlə
Embed

No media source currently available

0:00 0:00:59 0:00

Qeyd edək ki, Kataloniya oktyabrın 1-də müstəqilliklə bağlı referendum keçirib və əksəriyyət müstəqilliyə hə deyib.

Avropa Komissiyasının sözçüsü Margaritus Schinas oktyabrın 2-də deyib ki, İspaniya Konstitusiyasına görə, Kataloniyadakı referendum qanunsuzdur.

O bildirib ki, Kataloniya ilə Madrid arasındakı bu problem İspaniynın daxili işidir və İspaniyanın konstitusiya quruluşuna uyğun həll olunmalıdır.

O həmçinin deyib ki, Avropa Birliyi problemi dialoq yolu ilə həll etməyə çağırır.

İspaniyanın ali məhkəməsi hələ referendumdan əvvəl onun qanunsuz olması barədə qərar qəbul edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG