ABŞ İranın xarici işlər naziri Javad Zərifə viza vermədi

İranın xarici işlər naziri Mohammad Javad Zarif Tehran, 21 oktyabr, 2019.

Birləşmiş Ştatlar İranın xarici işlər naziri Javad Zarif-ə viza verməkdən imtina edib.

Zarif yanvarın 9-da BMT təhlükəsizlik şurasının Nyu-Yorkda keçirilən toplantısına qatılmalı idi.

Bu barədə Reuters agentliyi adı çəkilməyən ABŞ rəsmisinə istinadla xəbər verir.

Bu məlumat, iranlı general Qassem Soleimani-nin ötən həftə Bağdadda öldürülməsindən sonraya təsadüf edir.

Soleimani yanvarın 3-də Bağdad hava limanında ABŞ-ın hava zərbələri nəticəsində ölüb.

Bu insidentdən sonra onsuzda gərgin olan ABŞ-İran münasibətlri daha da pisləşib.

İran buna görə ABŞ-ı cavab tədbirləri ilə hədələyib.

ABŞ Prezidenti Donald Trumpsa bir daha, İranın obyektlərini vurmaqla hədələyib.

Azadlıq Radiosunun məlumatına görə, o yanvarın 5-də Floridadakı iqamətgahından Vaşinqtona dönərkən deyib ki, əgər İran əvəz çıxmağa çalışsa, ciddi cavab tədbitləri ilə üzləşəcək.

Yanvarın 6-da Tehranda, Qasım Süleymani ilə vida mərasimi keçirilib.

Vaşinqtonun məlumatına görə, Süleymani ABŞ diplomatlarına qarşı hücum planlaşdırırmış.

Sizin brauzer HTML5-i dəstəkləmir

İranlı general Süleymani dəfn edildi, Tramp Tehranla Bağdada xəbərdarlıq etdi

Əl Qüds qüvvələrinin komandanı general Qassem Soleimani İslam Keşikçiləri Korpusunun xarici əməliyyatlarını həyata keçirirdi.

İslam Keşikçiləri Korpusu ABŞ-ın terrorçu təşkilatlar siyahısındadır.Süleymani Yaxın Şərqdə keçirilən hərbi kampaniyalarda mühüm rol oynayırdı.

Əl Qüds siə birləşməsinin Livandakı Hizbullah qrupu və Suriya prezidenti Başar Əsədlə yaxın əlaqələri var.

ABŞ-ın bu əməliyyatı, bu günlərdə Bağdaddakı ABŞ səfirliyinə edilmiş hücumdan bir neçə gün sonraya təsadüf edir.

Buna da bax: ABŞ-İran təhdidlərinin axırı necə olacaq – Qərb mediası