Ədəbiyyat üzrə Nobel mükafatının təxirə salınmasına səbəb olan fotoqraf həbs cəzası aldı

Jean-Claude Arnault

İsveç məhkəməsi oktyabrın 1-də fotoqraf Jan Klod Arno-nu (Jean-Claude Arnault) zorlama ittihamı ilə 2 il azadlıqdan məhrum edib.

Məhkəmə 72 yaşlı fotoqrafı cinsi zorakılıqda təqsirli bilib.

O,İsveç akademiyasının üzvü Katarina Forestonsonun (Catherine Forestonson) həyat yoldaşıdır.

Amma Arno ittiham rədd edir və hökmdən şikayyət verəcəyini bildirib.

Xatırladaq ki, Arno ətrafında baş verən qalmaqal 2018-ci ildə ədəbiyyat üzrə Nobel mükafatının təxirə salınmasına səbəb olub.

İnsident 2011-ci il oktyabrın 6-na keçən gecə baş verib.

Adı açıqlanmayan Qurbana kompensasiya ödəniləcək.

2017-ci ilin noyabrında 18 qadın onu cinsi qısnamada günahlandırıb və ona qarşı ittiham irəli sürülüb.

Qadınların iddiasına görə, Arno vəzifəsindən istifadə edərək onları cinsi əlaqədə olmağa təhrik edirmiş.

Bu hadisədən sonra Katarina Frostenson da daxil olmaqla 3 nəfər akademiyanı tərk edib və münsiflər heyətində cəmi 11 nəfər qalıb.

Buna da bax: Ədəbiyyat üzrə alternativ Nobel mükafatı təqdim edilə bilər

Arno həyat yoldaşı Katarina Forestonson-la birlikdə, İsveç akademiyasından maliyyə dəstəyi almış “Forum” mədəniyyət mərkəzinə rəhbərlik edib.

Bu səbəbdən də həyat yoldaşına qarşı korrupsiya ittihamı irəli sürülüb.

Bundan başqa o, Nobel mükafatı barədə qabaqcadan məlumat sızdırmaqda şübhəli bilinir.

İsveç akademiyası ədəbiyyat üzrə Nobel mükafatını 1901-ci ildən verir.