İsmayıllı velosipedləri bazara çıxır

İllüstrasiya

►Tikintisinə 2014-cü ildə başlanan İsmayıllı Velosiped Zavodu avqust ayından fəaliyyətə başlamalıdır.

“Isma Bikes” Bolqarıstanla birgə istehsal edilməlidir.

Ilə 30 min velosiped

Zavoddan Fins.az-a bildiriblər ki, ildə 30 min velosipedin istehsal edilməsi planlaşdırılır.

8 hektar ərazidə inşa edilmiş zavodun tikintisinə və avadanlıqların quraşdırılmasına 7 milyon manat yatırıldığı bildirilir. İlkin mərhələdə 5 çeşiddə velosiped istehsal olacağı deyilir. Gələcəkdə velosipedlərin çeşidlərinin artacağı gözlənilir.

Zavodda velosipedlərlə yanaşı, əlil arabaları və digər xəstəxana avadanlıqlarının da istehsalı planlaşdırılır.

Buna da bax: Maşın satışı 50 faiz azalmışdı, yenə düşəcək

200-400 manat...

Xəbərdə qeyd edilir ki, hazırda zavodda 50 nəfərə yaxın işçi çalışır. Həmin yerli işçilərə Bolqarıstan, Çin, Türkiyə və Hollandiyadan gələn ekspertlərin təlim keçdiyi bildirilir. Gələn il işçilərin sayının 100 nəfərə çatacağı söylənir

Zavod yerli velosipedlərin ilkin qiymətlərinı də artıq, müəyyən edib. “İsma Bikes”lərin Azərbaycanda 200-400 manata satılacağı deyilir.
Satış mərkəzləri ilə yanaşı velosipedlərdən ötrü servislərin də fəaliyyət göstərəcəyi bildirilir.

Müəssisə rəhbərliyinin deməsinə görə, “İsma Bikes”lərin xarici bazara çıxarılması da planlaşdırılır.

Mədət Quliyev Bakının mərkəzində velosiped sürdü / 22.11.2015

Buna da bax: ​“Tour d`Azerbaidjan-2015” veloturunun qalibləri bilindi