İran 'arzuolunmaz şəxs' siyahısına görə Azərbaycan səfirinə etiraz bildirib

İsmayıl Bəqai

İran bəzi vətəndaşlarının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsini "qeyri-dost addım" sayır və bununla bağlı Azərbaycan səfirinə etirazını bildirib.

Bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai noyabrın 9-da həftəlik mətbuat konfransında deyib.

Sözçü rəsmi Bakının bu addımının "mənasız" olduğunu, siyahıdakı şəxslərin diplomat olmadıqlarını da əlavə edib. Bununla belə, İ.Bəqai deyib ki, Azərbaycanın səfiri XİN-ə çağırılıb və ona etiraz bildirilib.

İranın 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi barədə xəbəri APA agentliyi yaymışdı. Siyahıda bəzi təhlilçilərin, İran İslam Şurası Məclisinin keçmiş və indiki deputatlarının adları yer alıb.

Amma bu xəbəri nə Azərbaycan XİN, nə də rəsmi media dərc edib.

Bir müddət əvvəl "arzuolunmaz şəxs" elan edilən Türkiyə vətəndaşlarının siyahısını isə XİN özü açıqlamışdı.

Sizin brauzer HTML5-i dəstəkləmir

Arazın o tayında boğulan səs — İran AzTV-ni niyə 'düşmən' elan etdi?

12 iyul

İran AzTV-ni 'düşmən media' siyahısına saldı: MEDİA-dan reaksiya

İyulun 12-də İranın Kəşfiyyat Nazirliyi düşmən media qurumları, media təmsilçiləri, həmçinin onlayn səhifə və hesabları əhatə edən siyahı yayımlayıb. Onlarla media orqanının daxil edildiyi həmin siyahıda Azərbaycan Dövlət Televiziyası (AzTV) da var. Bildirilir ki, bu addım casusluğa görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan qanunun müvafiq maddəsinə uyğun olaraq atılıb.

Onlarla media qurumunun yer aldığı siyahıda Azərbaycan Dövlət Televiziyası (AzTV) da var. Siyahının casusluğa görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan qanun çərçivəsində açıqlandığı bildirilir.

İyulun 27-də Azərbaycanın Media İnkişafı Agentliyi (MEDİA) bəyanat yayaraq, AzTV-nin İranda "düşmən media qurumları" siyahısına salınmasının və bu kanalla əməkdaşlıq edənlərin cinayət məsuliyyəti ilə hədələnməsinin təəccüb doğurduğunu bildirib.

Qurum qarşılıqlılıq prinsipinin tətbiq oluna biləcəyini, Azərbaycan media nümayəndələrinə məhdudiyyət qoyan ölkələrin jurnalistlərinə qarşı da eyni addımların atılacağını vurğulayıb.

MEDİA İranın "Səhər" telekanalı və "Mehr" xəbər agentliyinin, həmçinin bu subyektlərin təmsilçilərinin Azərbaycanda fəaliyyətini "qanunsuz" adlandırır, onların ölkənin suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və milli təhlükəsizliyi əleyhinə təbliğat apardığını bildirir.

Azərbaycanın ittihamına həmin media qurumlarından hələlik reaksiya gəlməyib.

İran və Azərbaycan arasında oxşar ittihamlar əvvəllər də səslənib. 2023-cü ildə Bakı və Tehran bir-birinə qarşılıqlı notalar təqdim edib, qarşı tərəfin mediasını qərəzli informasiya yaymaqda ittiham edib.

Xatırlatma

Azərbaycan-İran münasibətləri 2023-cü ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumdan sonra xeyli gərginləşib. Həmin hücumda bir nəfər həlak olmuşdu.

Sonrakı dövrdə əlaqələrdə müəyyən yumşalma yaranıb, tərəflər birgə hərbi təlimlər keçirib. Amma regional geosiyasi gərginlik fonunda yeni böhranlar yaşanıb. Xüsusilə, 2026-cı ilin martında İsrail və ABŞ-nin İranla hərbi toqquşmaları zamanı Azərbaycanın Naxçıvan bölgəsinə dronların düşməsi münasibətləri yenidən sınağa çəkib. Prezident İlham Əliyev bu hadisəni "terror aktı" kimi pisləyərək İrandan rəsmi üzrxahlıq tələb edib. Tehran isə qonşu dövlətləri hədəf almadığını bəyan edərək araşdırma aparılacağını bildirib. Gərginlik səbəbindən dayandırılan yük daşımaları iki ölkə liderinin telefon danışığından sonra bərpa edilib. Ardınca Azərbaycan İrana humanitar yardım göndərib.