Gürcüstan azərbaycanlılarına İranın təsiri güclüdürmü? – 'İran səfiri onlara dedi ki...'

Sizin brauzer HTML5-i dəstəkləmir

"Gürcüstan azərbaycanlılarının 60 faizi şiə hesab olunur. SSR-nin dağılmasından sonra... İran dini dairələri bu yeni siyasi imkanlardan yararlanmağa çalışdı. Onların fəaliyyəti arasında şiə təbliğatçılarının gəlişi və yerli gənclər üçün təqaüd proqramları kimi təşəbbüslər yer alırdı. Zaman keçdikcə Gürcüstanda bir sıra qeyri-rəsmi şiə təşkilatları ortaya çıxdı və İranla fərqli səviyyələrdə əlaqə saxladılar. Azərbaycanla müqayisədə bu qruplar Gürcüstanda daha az məhdudiyyətlərlə üzləşdilər və ölkənin azərbaycanlı icmasının nisbətən böyük seqmentində təsir qazandılar. Lakin bu proseslər yeni deyil. Onlar bir neçə onillik ərzində baş verib. O cümlədən Eduard Şevardnadze, Mixeil Saakaşvili və "Gürcü arzusu" dövrlərini əhatə edir".