Fransada yaşı 100-dən yuxarı olanların sayı artır

Arxiv foto

Fransa yaşı 100-dən çox olan əhalinin sayına görə digər Avropa ölkələrini qabaqlayır.

Fransa Statistika idarəsinin məlumatına görə, hazırda ölkədə 30 min belə fransız var. Beynəlxalq Fransız Radiosunun Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, 1960-1975-ci illərdən bəri Fransada 100 və daha yuxarı yaşlıların sayı təxminən 30 dəfə artıb. Qeyd olunan yaş həddini keçənlərin əksəriyyətinin qadınlar olduğu bildirilir.

Buna da bax: Alimlər: Adam 1000 il yaşaya bilər

Milli Statistika İnstitutunun (INSEE) proqnozlarına görə, 2070-ci ildə yüz ildən çox yaşayanların sayı 600 minə çata bilər.

Məlumatda qeyd olunduğuna görə, uzunömürlülərin yarıdan bir qədər çoxu qocalar evlərində yaşayır. Təxminən 33%-i tək, 4%-i həyat yoldaşı ilə yaşayanlardır. 12%-i uşaqlarından biri ilə yaşayır.

Buna da bax: Yaşadığın yerə görə ömrün 20 il uzana, ya qısala bilər

Araşdırmada qeyd olunur ki, yaşı yüzdən yuxarı olan insanlar arasında ali təhsillilərin faizi xeyli yüksəkdir.

Ümumilikdə yüzyaşlılar Fransa əhalisinin ümumi sayının cəmi 0,04%-ni təşkil edir.