Ermənistan Türkiyəyə humanitar yardım göndərib

Türkiyəyə yardım aparan Ermənistana məxsus yük maşını, 11 fevral 2023

Bundan əvvəl Ermənistandan Türkiyənin zəlzələ bölgəsinə 27 xilasedici göndərildiyi bildirilir

Fevralın 11-də Ermənistan Türkiyəyə humanitar yardım göndərib. Bu barədə AzadlıqRadiosunun erməni xidməti Azadtutyun Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyanın tvitter paylaşımına istinadla xəbər verir.

Sizin brauzer HTML5-i dəstəkləmir

"Azərbaycan Türkiyə zəlzələsinin nəticələrindən dərs çıxarmalıdır"

"Humanitar yardım daşıyan yük maşınları Marqara körpüsü ilə sərhədi keçərək zəlzələdən zərər çəkmiş bölgəyə doğru gedir”, - XİN sözçüsü özünün “Twitter” səhifəsində yazıb.

AFP də Türkiyənin 30 il bağlı qalan sərhəd keçidini humanitar yardım üçün Ermənistana açdığını yazır.

Türkiyənin Ermənistan-Türkiyə danışıqları üzrə xüsusi nümayəndəsi Serdar Kılıç yardıma görə Ermənistanın xüsusi nümayəndəsi, Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan və xarici işlər nazirinin müavini Vahan Kostanyana təşəkkür edib.

O, Ermənistandan göndərilən 5 yük maşını 100 ton ərzaq, dərman, su və s. təcili yardım paketlərinin Adıyaman şəhərinə göndərildiyini vurğulayıb.

Kılıç Twitter səhifəsində yazıb:

“Mən Ermənistan xalqının zəlzələdən zərər çəkmiş bölgədəki xalqımızın əziyyətini yüngülləşdirmək üçün göndərdiyi yardımı həmişə xatırlayacağam”.

Ruben Rubinyan isə öz növbəsində yük maşınlarının Ermənistan-Türkiyə sərhədini keçdiyini bildirib və vurğulayıb:

“Kömək edə bildiyimə görə şadam”.

Məlumatda həmçinin bundan əvvəl Ermənistandan Türkiyəyə 27 xilasedicinin göndərildiyi qeyd olunur.

Türkiyədə fevralın 6-da güclü zəlzələ olub. Həlak olanların sayı 20 mini keçib.

Buna da bax: 6 gün sonra dağıntılar altından 7 aylıq körpə çıxarılıb, həlak olanların sayı isə 28 mini keçib