Zəlzələdən 6 gün sonra, fevralın 12-də Türkiyənin cənub-şərqində dağıntılar altından yeddi aylıq körpə xilas edilib.
Bu barədə dövlət televiziyası TRT məlumat yayıb. Köməkçilər Hatay vilayətində uçmuş binadan körpə uşağı 140 saatdan sonra sağ-salamat xilas edə biliblər.
Xilasedicilər uşağın ağlamasından sonra yerini müəyyən edə biliblər. Eyni əyalətdə 149 saat sonra dağıntılar altından 35 yaşlı kişi xilas edilib.
Rəsmi məlumatlara görə, həlak olanların sayı 28 mini keçib. Onlardan 24,517-si Türkiyədə. 3574 nəfəri Suriyada həlak olub.
Ümumilikdə iki ölkədə yaralıların sayı 80 mini ötüb. Yüz minlərlə insan evlərini itirib.
Dağıntıların təmizlənməsi işləri davam edir, 70 ölkədən xilasedicilər və həkimlər iştirak edir.
Türkiyədə binaların uçması ilə bağlı araşdırma aparılır. 100-dən çox şübhəli həbs edilib. Saxlananların yarısı qarətlərdə şübhəli bilinənlərdir.
***
Fevralın 11-nə olan məlumatlara görə, Türkiyə və Suriyada zəlzələ nəticəsində həlak olanların sayı 24 minə yaxınlaşıb: Türkiyədə 20,2 mindən çox, Suriyada isə 3,5 min nəfər. Axtarış-xilasetmə işləri davam edir.
Reuters-in hesablamalarına görə, insan tələfatlarının sayına görə zəlzələ XXI əsrin təbii fəlakətləri arasında artıq yeddincidir. On minlərlə insan yaralanıb, yüz minlərlə insan evlərini itirdi.
Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, 23 milyon insan, o cümlədən 1,5 milyona yaxın uşaq zəlzələdən zərər çəkib.
Fitch Ratings-in məlumatına görə, Türkiyənin iqtisadi itkiləri 4 milyard dollara çata bilər.
***
Türkiyədə dağıdıcı zəlzələdə ölənləri sayı 18 min 342 nəfərə çatıb. Yaralı sayı isə 74 mini keçib. Məlumatı fövqəladə halların idarəedilməsi agentliyi fevralın 10-da açıqlayıb.
Qurumun Türkiyənin cənubunda zəlzələ zonasından 75 min 780 nəfərin təxliyə olunduğunu, axtarış-xilasetmə işlərinə 121 mindən çox personalın cəlb edildiyini bildirib.
Məlumata görə, zəlzələ zonasında 1509 afterşok qeydə alınıb.
+++
Bu gün – fevralın 10-da Türkiyə də Suriyada zəlzələdən ölü sayı 21 min nəfəri keçib. Türkiyənin vitse-prezidenti Fuat Oktay 17 min 674 min nəfərin ölümünün təsdiqləndiyini deyib.
Qonşu Suriyada isə 3 min 377 nəfər zəlzələ qurbanı olub.
Türkiyənin Xarici işlər naziri Mevlut Çavuşoğlunun dediyinə görə, hazırda 56 ölkədən 6 min 479 nəfər axtarış-xilasetmə işlərinə kömək edir. Dünyanın bir sıra ölkələri zəlzələ zonasına xilasetmə briqadaları, həkimləri, səhra hospitalları və yardım materialları göndərib.
“Daha 19 ölkədən heyətlər 24 saat içində ölkəmizdə olacaq”, – Çavuşoğlu söyləyib.
“Göz yaşları və həyat alqışları”
TRT ictimai televiziyası dağıntılar altından 8 minədək insanın çıxarıldığını xəbər verib.
Qaziantepin cənubunda xilasedicilər zəlzələdən 94 saat sonra bir yeniyetməni çıxarıblar. 17 yaşlının salamat qalmaq üçün “sidiyini içdiyi” bildirilir. Kahramanmaraşda isə zəlzələdən 92 saat sonra ana və qızı xilas edilib. Xəbəri Anadolu agentliyi yayıb. Hatay şəhərində 10-günlük körpə və anası 90 saatdan sonra salamat çıxarılıb.
“Göz yaşları və həyat alqışları. Xilas edilən hər bir kəs bizi daha da motivasiya edir”, – xilasetmə təşkilatı tvitində yazıb.
Fevralın 6-da səhər tezdən baş vermiş zəlzələdən regionda azı 74 min insan xəsarət alıb. Birinci zəlzələ 7.8, bir neçə saat sonra baş verənsə 7.6 bal gücündə olub. Daha sonra yüzlərlə afterşok qeydə alınıb.