Erməni əsgəri kim öldürüb?

Illüstrasiya

İyulun 28-də, yerli vaxtla 16 40-da, Ermənistanın şimal-şərqində yerləşən hərbi hissələrdən birinin müdafiə xəttində orduda müqavilə əsasında xidmət edən sıravi Arkadi Qambaryanın meyiti tapılıb. 23 yaşlı hərbçinın başında güllə yarası olub.

Bu barədə Azad Avropa və Azadlıq Radiolarının erməni xidməti Ermənistanın Müdafiə Nazirliyinə istinadla xəbər yayıb.

Hadisənin necə baş verdiyini aydınlaşdırmaq üçün istintaq aparılır.

Buna da bax: 'Rusiya hər bir dövlətə bu addımı ilə açıq mesaj verdi'