'Ərdoğan 2028-ci ilə qədər CHP-ni zəiflətmək istəyir'
Sizin brauzer HTML5-i dəstəkləmir
Türkiyə məhkəməsi Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Kamal Kılıçdaroğlunu 11 ay 20 günlük həbs cəzasına məhkum edib. CHP sədrinin köməkçisi İlhan Üzgel AzadlıqRadiosuna deyib ki, hökumət prezident seçkilərinə qədər müxalifətə qarşı geniş hücumları davam etdirməkdə qərarlı görünür.
Siyasi şərhçi Harun Yılmaz isə müxalifətə qarşı bu hücumların nəticə verəcəyini düşünmür: "Bir partiyanın və ya siyasi hərəkatın cəmiyyət içində sosial-iqtisadi dayağı və tutarlı ideologiyası varsa, bunu məhkəmələrlə dayandırmaq mümkün deyil".