“Rusiyadan S-400 zenit-raket sistemləri alınmasında heç bir problem yoxdur və Ankara gələcəkdə Rusiyadan S-500 raketləri almağı planlaşdırır”.
Türkiyənin “Haber Turk”televiziya kanalı-nın oktyabrın 13-də verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Racep Tayyip Erdogan bəyan edib.
“S-400 raketləri ilə bağlı elə bir problem yoxdur. İlkin mərhələdə birgə istehsal nəzərdə tutulmur. Ümid edirik ki, buna ikinci mərhələdən başlanacaq” Erdogan deyib.
S-400
O qeyd edib ki, Türkiyə S-400 raketləri ilə bağlı danışıqları yekunlaşdırmaq istəmir və bizim Rusiya prezidenti Vladimir Putinlə S-500 raketləri barədə də danışığımız olub.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mevlut Cavusoglu oktyabrın 9-da bəyan edib ki, əgər birgə istehsallla bağlı razılaşma olmasa Türkiyə S-400 raketlərindən imtina edə bilər.
Türkiyə prezidenti Racep Tayyip Erdogan sentyabrın 12-də Moskva ilə Ankaranın S-400 raketləri barədə razılaşma imzaladıqlarını bəyan edib.
Vladimir Putin və Recep Tayyip Erdogan
Sentyabrın sonunda bu məlumatı Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin də təsdiqləyib.
Amma Kojin qeyd edib ki, S-400 raketlərinin istehsalı ilə bağlı Türkiyəyə texnologiya verilməsi məsələsi müzakirə olunmur.
Buna da bax: Rusiya Türkiyəyə S-400-ləri satır, ‘sirlərini’ yox