Azərbaycan Gürcüstan prezidentləri ikitərəfli əlaqələrdən məmnundurlar
Aprelin 6-da Tbilisidə Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstanın prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşü olub.
AZƏRTAC-ın xəbərinə görə, söhbət zamanı Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı vurğulanıb. Əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, yaşıl enerji, nəqliyyat, sərmayələr və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Habelə əlavə edildiyinə görə, Azərbaycan və Gürcüstan prezidentləri ölkələrinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluqlarını ifadə ediblər.
+++
Azərbaycan prezidenti İlham Əliyev aprelin 6-da Gürcüstana gedib.
Gürcüstan hökumət administrasiyasının aprelin 6-sı yaydığı məlumatına görə, səfər çərçivəsində İlham Əliyev prezident Mixeil Kavelaşvili və baş nazir İrakli Kobaxidze ilə görüşəcək.
"Exo Kavkaza" Əliyevin səfərindən öncə "AzelTV" saytının Gürcüstanda yaşayan təsisçisi Əfqan Sadıqovun Azərbaycana deportasiya olunmasına diqqət çəkir. Bakı onun təhvil verilməsini 2024-cü ildən tələb edirdi. Ə.Sadıqov Azərbaycanda iki dəfə müxtəlif ittihamlarla həbsdə olub, özü təqib olunmasını peşə fəaliyyəti ilə əlaqələndirib.
İ.Əliyev sonuncu dəfə Gürcüstana 2023-cü ilin oktyabrında səfər edib. O zaman o, prezident Salome Zurabişvili ilə görüşməyib. Onda Zurabişvilinin hakim "Gürcü Arzusu" partiyası ilə münasibətləri artıq gərgin idi. Əliyev ozamankı baş nazir İrakli Qaribaşvili ilə danışıqlar aparıb.
Bu ilin yanvarında Qaribaşvili xüsusilə külli miqdarda gəlirlərin leqallaşdırılmasında təqsirli bilinib, ona 5 il azadlıqdan məhrumetmə cəzası kəsilib.
2024-cü il parlament seçkilərindən sonra Əliyev Bakıda Gürcüstan hakimiyyətinin təmsilçilərini, Kobaxidzeni, Kavelaşvilini və nazirlər kabinetinin üzvlərini dəfələrlə qəbul edib. Onunla görüşlər xaricdə keçirilən beynəlxalq tədbirlər çərçivəsində də baş tutub.
Sizin brauzer HTML5-i dəstəkləmir
Ağalarovun layihəsi: Azərbaycanda kazinolar 27 il sonra əslində niyə bərpa olunur?
Ağalarov da Tbilisidə olub
Aprelin 4-də isə Əliyevin keçmiş kürəkəni, müğənni və işadamı Emin Ağalarov Tbilisiyə səfəri ilə bağlı Instagram-da video paylaşıb. Tbilisi hava limanında onu "Gürcü Arzusu" partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişvilinin oğlu Bera İvanişvili qarşılayıb. Bera qonağa Tbilisidə Tabora dağında yeni açılmış oteli də göstərib.
"Son 14 ildə Gürcüstanda turizm 16 dəfə artıb, bu artımda kazino sənayesinin də rolu var", – Ağalarov videoda bildirib.
Ağalarov Azərbaycanda Xəzər dənizi sahilində "Sea Breeze" adlı iri layihə gerçəkləşdirir, burada kazino açılması planlaşdırılır. Azərbaycanda 1998-ci ildə, Heydər Əliyevin dövründə qumar oyunlarını qadağan olunmuşdu. Ötən il bu fəaliyyət leqallaşdırılıb, süni torpaq sahələrində kazino təşkil olunmasına icazə verilib.