Laricani kim idi – sistemin operatoru, hiyləgər siyasətçi

Əli Laricani

İranın ən güclü xadimlərindən olan, mərhum ali lider Əli Xameneinin yaxın adamı Əli Laricani martın 17-də Tehrana zərbələr nəticəsində həlak olub.

O, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi idi. Xamenei fevralın 28-də qətlə yetiriləndən sonra ölkənin faktiki liderinə çevrilmişdi.

Laricani ruhani deyildi, İranın rəqib siyasi fraksiyalarını bir araya gətirmişdi, İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH), kəşfiyyat xidmətləri və dini isteblişment ilə əlaqələri güclü idi.

İndi Xameneinin yerini oğlu tutub, Laricani də öldürülüb. AzadlıqRadiosunun İran üzrə yazarı Kian Şərifi İranın liderlik vakuumu ilə üzləşdiyini qeyd edir. Ekspertlərin fikrincə, bu ölüm indiki müharibəyə son qoymağı hədəfləyən diplomatik səyləri çətinləşdirə bilər.

"Bu gün İslam Respublikası daxilində sağ olduğunu düşündüyümüz siyasətçilər arasında Əli Laricanini bu rolda əvəzləyəcək biri yoxdur", – Britaniyada yaşayan siyasi təhlilçi Babək Dorbeyki deyir.

Sistemin operatoru

Onilliklərlə çəkən siyasi karyerası dövründə 67 yaşlı Laricani nüvə danışıqlarında təmsilçi, parlamentin spikeri, dövlət nəzarətçisi kimi çıxış edib. Amma o, hər şeydən öncə situasiyalardan salamat çıxırdı.

İki dəfə rəsmi iltifatdan kənar düşüb, amma siyasi yüksəlişlə qayıdıb. Ötən ilin iyununda İranın ABŞ və İsrail il 12 günlük müharibəsindən sonra milli təhlükəsizlik rəisi kimi rolu daha da güclənib.

İslam respublikası üçün Laricani ölkədə rihanilər və generallar arasında, xaricdə isə Tehran və Qərb arasında körpü idi. Qatı ideoloq deyildi. Amma sistemin ən bacarıqlı operatoru kimi görünürdü.

Laricani 12 il İran parlamentinə rəhbərlik edib və bu müddət ərzində o, 2015-ci il nüvə sazişinin parlament tərəfindən təsdiqlənməsində rolu ilə yadda qalıb.

Bununla belə, sistem iki dəfə onu rədd edib. 2021 və 2024-cü illərdə Mühafizlər Şurası onu prezident seçkisinə buraxmayıb. Bu ruhani qurumunda sərt-xətt tərəfdarları üstünlük təşkil edir. Bu qərar hətta Laricaninin tənqidçilərini belə şoka salıb. O zaman təhlilçilər bunu fraksiyaların manevri kimi yozmuşdular, yəni sərt-xətt tərəfdarlarıının meydanının təmizlənməsi kimi. Amma bu mesaj onilliklər boyunca İslam Respublikasına xidmət etmiş biri üçün aşağılayıcı idi.

"İranın Kennediləri"

Laricani qonşu İraqda, müqəddəs Nəcəf şəhərində doğulub. Ailəsi 1979-cu il İslam inqilabından sonra meydana çıxmış siyasi elitaya o qədər nüfuz etmişdi ki, "Time" jurnalı vaxtilə onları "İranın Kennediləri" adlandırmışdı.

Atası tanınmış dinşünas alim idi. Özü isə İnqilab Şurasının sədri Mürtəza Mütəhhərinin ailəsindən olan bir qadınla evlənməklə əvvəldən hakimiyyətin ən yüksək eşelonlarında yerini təmin etmişdi.

Yalnız islam mədrəsələrində təhsil alan yaşıdlarından çoxundan bir cəhətlə də fərqlənirdi. Laricaninin sekulyar akademik dərəcəsi də vardı, Tehran Universitetində Qərb fəlsəfəsi üzrə magistr və doktorluq dərəcəsi almışdı. Elmi işi alman filosof İmmanuel Kantın əsərləri barədə olub.

Sizin brauzer HTML5-i dəstəkləmir

Xameneinin 'B planı' – 'Ölkəni, faktiki olaraq, Əli Laricani idarə edir'

Müharibədən sonrakı dirçəliş

Bir neçə il siyasi qeyri-müəyyənlikdən sonra Laricaninin taleyi 12 günlük müharibədən sonra dəyişdi.

Yanvarda ABŞ Xəzinədarlığı ötən ilin dekabrında baş qaldıran etirazların qəddarlıqla yatırdılması, minlərlə insanın ölümündəki roluna görə Laricaniyə sanksiyalar açıqladı.

ABŞ və İsrail ötən ay İranla müharibəyə başlayandan öncə Xamenei öləcəyi halda, Laricanini ölkəni müvəqqəti idarə edəcək namizəd kimi göstərdi. Xamenei bir neçə gün sonra qətlə yetirildi.

O vaxtdan Laricani İranda sərt rəsmi səslərdən birinə çevrildi. Martın 13-də Laricani və ölkənin digər aparıcı liderləri meydan oxuyurmuş kimi Tehran küçələrinə çıxdılar. Həmin gün İsrail şəhərə zərbələr endirirdi. Laricani ondan sonra el arasında görünmədi.