Şəkidə ayı ovçuları tutulub

Foto: arxiv

Xəbəri Ekologiya və Təbii Sərvətlər Nazirliyi yayıb. Məlumata görə, nazirliyin əməkdaşları rayonunun Şin dərəsində şübhəli bilinən, içində 7 nəfərin olduğu maşından 7 ov tüfəngi, bir baş ovlanmış ayı cəmdəyi və dərisi, iki aylıq diri ayı balası aşkar ediblər.

"İlkin araşdırmalar nəticəsində məlum olub ki, qanunsuz ov edən şəxslər Şəki rayonu, Şin kəndinin sakinləridir. Ərazi sərhəd zonası olduğundan hazırda Dövlət Sərhəd Xidmətinin əməkdaşları birgə araşdırma və sənədləşmə aparır".

Buna da bax: Kilosu 10 manata ayı əti

Məlumatda deyilir ki, sənədləşmə başa çatandan sonra təqsirli bilinən şəxslər barəsində qanunauyğun qaydada tədbir görüləcək. Maşından tapılan tüfənglər və ayı cəsədi maddi sübut kimi Şəki rayon Polis şöbəsinə, ayı balası isə Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reablitasiya Klinikasına təhvil veriləcək.

Buna da bax: Kola içən ayı