Drezdendə polis İkinci Dünya Müharibəsi zamanı atılmış bombanın aşkarlanması səbəbi ilə təxminən 15 min insanın evlərindən təxliyə edilməsini tələb edib. Bu barədə "Bild" qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, şəhərin qərb hissəsində aparılan tikinti işləri zamanı 250 kiloqram ağırlığında Amerika istehsalı bomba aşkar edilib. İstehkamçıların işə başlaması üçün yaxınlıqdakı evlərin sakinləri müvəqqəti sığınacaqlarla təmin olunmaqla təxliyyə edilib.
Buna da bax: 1945-ci ildə Amerika və alman əsgərlərin müttəfiq olduqları son və yeganə döyüşƏrazidə nəqliyyatın hərəkəti qismən və tam dayandırılıb.
20-ci əsrin ortalarına qədər Avropanın ən gözəl şəhərlərindən biri hesab edilən köhnə Drezden şəhəri 1945-ci ilin fevralında, İkinci Dünya Müharibəsi zamanı bombardman nəticəsində demək olar ki, tamamilə dağıdılıb. İki günlük reyd nəticəsində şəhərdəki binaların yarısına qədəri dağıdılıb, 25 minə yaxın insan həlak olub.